Manset.az-ın əldə etdiyi digər məlumata görə, Nəcəf Novruzov Milli Məclisin deputatı Siyavuş Novruzovun qardaşı oğludur.
Nazir deputatın qardaşı oğlunu vəzifəyə təyin etdi - FOTO
Baxiş sayı:
Dərc olunub:
08/07/2023 - 11:28
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.
Bu vəzifə gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Nəcəf Novruzova həvalə edilib.
Bu barədə o, özünün feysbuk səhifəsində paylaşım edib. Nəcəf Novruzov göstərilən etimada görə təşəkkürünü bildirib.
Qeyd edək ki, N.Novruzov daha əvvəl Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb.
Şərhlər
Azərbaycan Naxçvandan ibarətdir.Qub zonasında insan yaşamır.Vəzifələr yalnız Naxçıvanlılta vı YerAzlara yazılıb.Bu reallıq hakimiyyətin iç üzünü göstərir.
Başqasına iş verməzlər ?