Deputatın oğlu indi də restoran açır -FOTO
Baxiş sayı:
Dərc olunub:
21/11/2014 - 19:20
Milli Məclisin deputatı Elton Məmmədovun oğlu Aynar Məmmədov yeni kafe-restoran açacaq.Azvision.az-ın məlumatına görə, A.Məmmədov bu barədə sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb.
Məlumatda qeyd edilib ki, kafe-restoran şəhərin mərkəzində açılacaq. Adı isə “INAR” olacaq: “Yaxın günlərdə kafe-restoranımız açılacaq. Ora qadın və kişilər üçün nəzərdə tutulub”.
Qeyd edək ki, bir müddət əvvəl Aynar Məmmədovla bağlı böyük qalmaqal yaranmışdı. Deputat oğlu avtoxuliqanlıq və sosial şəbəklərdə paylaşdığı fotolarına görə qınağa tuş gəlmişdi.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.