UEFA Krımla bağlı son qərarını gələn ay verəcək

Pyotr Poroşenko Mişel Platini ilə görüşüb

Ukrayna prezidenti Pyotr Poroşenko Mişel Platini ilə görüş keçirib. ANS PRESS-in məlumatına görə, Kiyevdə baş tutan görüşdə UEFA prezidenti ilə Krım klubları müzakirə olunub.

Ukrayna lideri idman təşkilatlarının yarımada uğrunda siyasi savaşa müdaxilə etməməli olduqlarını bildirib. Platini isə öz növbəsində UEFA-da işçi qrupunu yaratdığını və dekabrın 4-də məsələylə bağlı son qərar veriləcəyini söyləyib.

Qeyd edək ki, Rusiya Futbol İttifaqı (RFİ) tərkibinə 3 Krım klubu - Yalta "Jemçujina"sı və Sevastopolun TSK və SKÇF komandalarını qəbul edib. Klublar artıq Rusiyanın 2-ci divizionu və ölkə Kubokunda iştirak ediblər. Buna etiraz edən Ukrayna tərəfi UEFA-ya şikayət edib.

Avropanın ali futbol qurumu həmin klubların iştirakı ilə keçirilən görüşlərin nəticələrini tanımayacağını bildirsə də, RFİ-ni cəzalandırmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar