“QEYRİ-MÜƏYYƏNLİK ZƏİFLİKDİR!” - Ukraynanın öləziyən NATO ümidi və Qərb liderlərinin riyakarlığı...

Qərbi Ukrayna dövlətinin və xalqının taleyindən, itkilərindən daha çox Rusiya ilə gələcək bazarlıq şərtləri maraqlandırır

“Ukraynanın (NATO-ya) nə dəvəti, nə də üzvlüyü vaxtının müəyyən edilməməsi görünməmiş absurddur...Belə görünür ki, (Qərb liderlərinin) Ukraynanı NATO-ya dəvət və üzv etmək hazırlığı yoxdur...Qeyri-müəyyənlik zəiflikdir!”

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Vilnüs Sammitindən öncə öz sosial şəbəkə səhifəsində yazıb. Elə çıxışında da Ukrayna başçısı Qərbin qərarsızlığına işarə vurub.

Görünən odur ki, çoxdan gözlənilən bu sammitdə Ukraynanın lehinə müəyyən qərarlar verilsə də, rəsmi Kiyevin gözləntiləri bundan daha artıq olub. Doğrudur, sammitdə Ukraynanın alyansa qəbul mərhələlərinin birindən azad edilməsi onun NATO-ya doğru yolunu qısaldır və asanlaşdırır. Lakin Zelenskinin də dediyi kimi, konkret tarixin göstərilməməsi Ukraynanın Qərbə olan onsuz da kövrək ümidlərini bir qədər də zəiflədir.

Zelenski deyib ki, bu qeyri-müəyyənlik Qərbin Rusiya ilə gələcək danışıqlarında Ukraynanın NATO üzvlüyü məsələsinin bazarlıq aləti kimi saxlanmasına xidmət edir. Bu isə Kremli Ukraynada terroru davam etdirməyə həvəsləndirir.

Ukrayna Prezidentinin bu mövqeyi kifayət qədər sərt və aydın olmaqla yanaşı, Qərb liderlərilə bağlı acı həqiqətləri də ortaya qoyur. Doğrudan da, görünən odur ki, Qərbi Ukrayna dövlətinin və xalqının taleyindən, itkilərindən və s. daha çox Rusiya ilə gələcək bazarlıq şərtləri maraqlandırır.

Əgər NATO-nun ABŞ, Almaniya, Fransa kimi aparıcı üzvləri Ukraynanın sürətli və az itkili qələbəsini istəsəydilər, Kiyevi çoxdan “damla-damla” yox, lazımi səviyyədə silahla təmin edərdilər və Rusiyanın sanksiyalardan yayınaraq hərbi sənayesini çalışdırmasına imkan verməzdilər. İmkan verməzdilər ki, Ukraynanın əks-hücumuna hazırlıq mərhələsi aylarla - təxminən 9 ay(!) davam etsin və bu zaman kəsiyində isə Rusiya işğal olunmuş ərazilərdə dərin istehkamlar və sonsuz mina sahələri yaratsın.

Deməli, belə nəticə çıxır ki, Qərb özü Ukraynanın birmənalı və sürətli qələbəsində maraqlı deyil. Bunu isə Ukraynada daha çox anlamağa və açıq söyləməyə başlayırlar. Zelenskinin son dedikləri də buna işarədir.

Ümumiyyətlə, ən azı son il yarım ərzində baş verənlər Qərbin lider şəxsiyyət probleminin olduğunu və bunun çox dərinə işlədiyini göstərdi. Qərb liderləri müharibənin ilk günlərində əl-qolunu sallayıb Ukraynanın süqutunu, məğlubiyyətini gözləyərkən, Zelenskiyə qaçmağı təklif edərkən Kiyevə real dəstək duran nadir ölkələrdən biri Türkiyə oldu. İlk günlərdə məhz “Bayraktar”lar Rusiya hücumunun qarşısını almaqda həlledici rol oynadı. Qərb liderləri isə bu zaman hələ gözlərini döyərək, Rusiya qorxusu qarşısında əsirdilər...


Son günlər Qərb mətbuatında hətta müharibədən əvvəl Qərb liderlərilə Kreml arasında Ukraynaya hücum ilə bağlı gizli anlaşma olduğuna dair iddialar yer almaqdadır. Həmin iddialara görə bir növ Kreml bu hücumu Qərblə razılaşdırıbmış. Lakin bu anlaşmanı Ukrayna rəhbərliyi və xalqı pozub. Ukrayna Prezident Ofisinin sabiq müşaviri Aleksey Arestoviç müharibənin ilk həftələrində bununla bağlı maraqlı bir ifadə işlətmişdi. O, yarı ironiya ilə demişdi ki, Ukraynanın 3 günə təslim edilməsilə bağlı dünya güclərinin planları olub, ancaq Sumı vilayətinin (Ukraynanın Rusiya hücumunu ilk üzərinə götürən vilayətlərdən biri) özünü müdafiə dəstələri həmin güclər kimi düşünmürdülər. Yəni, ukraynalıların iradəsi məlum planları pozdu.

İndi isə ukraynalılar Qərb liderlərinin riyakarlığını və ikiüzlülüyünü NATO üzvlüyü məsələsində bir daha görürlər.


Bu gün Rusiyanın Ukraynada törətdikləri və əvvəlcədən buna cəsarət etməsi böyük ölçüdə Qərbin lider şəxsiyyət problemindən irəli gəlir. Bu adamlar Priqojinin 3-5 min əsgərindən qorxub Moskvadan qaçan Putindən də qorxaqdırlar. Onlar Rusiya ilə nə edəcəklərini belə özləri üçün müəyyənləşdirə bilməyiblər. Onlar istəsəydilər, bu gün Ukraynanı bombalayan Rusiya raketlərinin biri də havaya qalxmazdı. Bunun üçün ən azından öz şirkətlərinin Rusiyaya həmin raketlər üçün mikroçiplər ötürməsinə imkan verməzdilər. Yəni, bunun qarşısını ala bilməyəcək qədərmi acizdirlər? Yaxud, niyə “F-16”-lar əks-hücumdan əvvəl verilmədi və nə vaxt veriləcəyi də bəlli deyil?

Bir sözlə, bu gün Qərb dünyasını heç bir ciddi qərar qəbul etmək qabiliyyəti olmayan cəsarətsiz və iradəsiz şəxslər idarə edir. Qərbin nə Çörçili, nə Ruzvelti, nə heç olmasa, sınıq-salxaq De Qolu, nə də Reyqanı və Tetçeri yoxdur. Bunlar olmayınca və bu riyakarlıq davam etdikcə isə nə beynəlxalq hüquq, nə stabillik, nə də əminamanlıq olacaq...

Cəlal Məmmədov

“AzPolitika.info”       

635x100

Şərhlər

Eli 2023-07-13 14:42:17

Yaşa Dadaşyev müellim “ beş qehbe” ifadesi ike her şeyi deqiqlikle deyiniz üçün.10- luğa vurmusumuz be bunların başqa deqiq adı yoxdur,ancaq “Beş Qehbe”.Mükemmel

dadaşyev 2023-07-13 00:22:13

Dünyanı 1945-dən bu yana öz aralarında bölüb xımır-xımır yeyən Təhlükəsizlik Şurasının beş qəhbəsi bəşəriyyət üzərində bu hökmranlıqlarına haqq qazandırmaq üçün Nürnberq prosesi deyə bir tamaşa oynadılar ki, qorxunc əhvalatları eşidib bəşəriyyətin gözü almanlardan qorxsun və bütün ölkələr desin ki,amandı,siz beş qəhbə bizim hamımıza sahiblik edin,təki bir daha almanlar dirçəlməsin,dərimizdən əlcək-sumka düzəltməsinlər,biz də sizin sayənizdə rahat yaşayaq.Amma o vaxtdan keçən bu səksən ildə dünyanı elə bu beş qəhbə sarsıtdı,ya birbaşa ora-bura qoşun yeridib özünə haqq qazandırmaqla,ya da açıq və ya gizli şəkildə terrora dəstək verməklə.Lenin cinbala olsa da bunu deyərkən haqlıydı ki,bölünmüş dünyanı yenidən bölən imperializm az sonra bir-birlərilə mütləq didişməlidirlər.İlk didişmə Birinci Dünya Müharibəsində oldu.Ondan sonra dünyanı yenidən bölənlər İkinci Dünya Müharibəsində təkrar didişməyə başladılar.İndi sovetdən qalma ərazilər uğrunda didişmələr gedir ki,Ukrayna-Rusiya müharibəsi bu didişmənin kulminasiyasıdır.Amma təbii ki,Üçüncü Dünya Müharibəsi absurd bir şeydir,çünki bu zaman bütün bəşəriyyət,eləcə də didişənlər məhv olacaq,odur ki,razılaşma yoluyla Ukraynanı üç hissəyə bölüb rahatlanacaqlar.Lvov və ətrafı Qərbin,Donbas və Krım Rusiyanın,Kiyev ətraf beş vilayətilə Malorossiya adıyla Ukraynanın.Bunun heç o yan bu yanı yoxdur və Zelenski artıq bu həqiqəti anlayıb.Başa düşüb ki,Ukrayna sadəcə Qərblə Rusiya arasında bir poliqon imiş,ukraynalılar isə Qərbin Rusiya qarşısına çıxardıqları “puşeçnoe myaso”,yəni top əti.Kim öldü,kim qaldı,nə qədər öldü,nə qədər qaldı,kim qaçdı,hara qaçdı,Qərb aləminin umrunda belə deyil.Ukrayna bir az irəliləyən kimi Rusiyaya əlaltdan silah verirlər,sonra Rusiya irəliləyincə Ukraynaya silah verirlər ki,münaqişə mümkün qədər uzansın.Odur ki Təhlükəsizlik Şurası deyilən,amma başdan-ayağa Təhlükə Şurası olan bu Qəhbələr Şurası ləğv olununca heç şübhə etmirəm ki,alman xalqı BMT qarşısında tələb qoysun ki,Nürnberq prosesinə yenidən baxılsın,açılmayan arxivlər açılsın.

Vahid 2023-07-13 00:13:57

Qerbde kişi qalmayıb .Cinslerini deyişib qadın olurlar.

Rafiq 2023-07-12 16:50:12

Bu qərar gözdən pərdə asmaq üçündür.Ukrayna artıq qismən NATO nün üzvüdür.

Eli 2023-07-12 16:28:54

Qerbin dövlet başçıları başda Makron olmaqla fahişe,riyakar,qorxaqlardan ibaretdir ve kişi kimi qerara qrbul etmek iqtidarında deyiller ve beyenmediyimöz Putin onları rahat optom “yeyer@.

Son yazılar