“Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır”
Baxiş sayı:
Dərc olunub:
21/11/2014 - 21:56
Dağlıq Qarabağ münaqişəsində Fransanın mövqeyi dəyişməz olaraq qalır, Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır.
APA - nın xəbərinə görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Monye Dağlıq Qarabağın separatçı rejiminin başçısı Bako Saakyanın Fransaya səfərini şərh edərkən jurnalistlərə bildirib.
"Mənim Bako Saakyanın Parisdə olduğundan heç xəbərim yoxdur. Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır, bu ərazi suveren Azərbaycanın tərkib hissəsidir” - P.Monye bildirib.
Xatırladaq ki, erməni KİV-nin məlumatına görə, B.Saakyan noyabrın 20-də Parisə "işgüzar səfər" edib.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.