Rusiyanın gizli silahı

Hərbi texnikanın istehsalına gələn ildən başlanacaq

Gələn il Rusiya gizli saxladığı hərbi texnikasının istehsalına başlayacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya mətbuatı yazır.

Xəbərdə bildirilir ki, Rusiya Silahlı Qüvvələri "Aramata" adlı zirehli ağır hərbi texnikası ilə təmin ediləcək.

Hərbi texnikanın istehsalına 2015-ci ilin yanvar ayından başlanacaq. Hətta yeni hərbi texnikanın bir hissəsi gələn il Moskvada keçiriləcək Qələbə paradında nümayiş etidirləcək.

Lakin hərbi texnika barədə ətraflı məlumat verilmir.

Rusiyanın gizli saxladığı bu yeni hərbi texnika barədə ABŞ-ın "The National Interest" jurnalında da məqalə dərc edilib. Bildirilir ki, Rusiyanın ABŞ-la münasibətlərinin bu qədər kəskin korlandığı bir vaxtda yeni hərbi texnikanın, gələcəyin maşınının istehsalına başlaması diqqət çəkir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar