Ukraynada yeni koalisiya

Koalisiya Ukraynanın NATO-ya qoşulmasının əsas məqsəd sayır

Maydan inqilabının bir illiyində Ukraynada beş partiyadan ibarət hakim koalisiya formalaşıb.

ANS PRESS-in məlumatına görə, koalisiyaya Petro Poroşenko Bloku, Xalq Cəbhəsi, Samopomiç, Radikal Partiya və Batkivşina daxildir.

Koalisiya Ukraynanın NATO-ya qoşulmasının əsas məqsəd olmasına, Rusiyanın tutduğu Krımın Ukraynanın nəzarətinə qaytarılmasına razılaşıb.

Partiyalar həmçinin razılaşıb ki, deputatların toxunulmazlığı ləğv edilsin, seçki sistemində islahat aparılsın, Sovet və nasist simvolları qadağan olunsun. Partiyaların prioritetləri sırasında ölkənin şərqində daimi hərbi bazanın yaradılması, ölkənin ÜDM-sinin azı 3 faizinin hərbi ehtiyaclar üçün ayrılması var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar