Fətulla Gülənin jurnalistləri özlərini biabır etdilər - Foto

axar.az1393267899gulenTürkiyədə Fətulla Gülənin nurçu şəbəkəsinə məxsus və dövlət içində “paralel təşkiliatlanma”-ya xidmət etdiyi iddia olunan media orqanları özlərini ifşa ediblər.

Modern.az saytı Türkiyə KİV-nə istindən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın “Amerika qitəsini Kolumbdan öncə müsəlmanlar kəşf edib” tezisini yalanlamaq istəyən “paralel quruluşa” məxsus media orqanları əslində özlərini biabır ediblər.

Belə ki, Fətulla Gülənin özünün də bir neçə il bundan öncə Amerika qitəsini müsəlmanların kəşf etdiyi deməsi üzə çıxıb. Nurçuların ABŞ-da yaşayan liderinin “Müasir gəmilərin olmadığı bir vaxtda, Xristofor Kolumbdan əvvəl müsəlman səyyahlar atlarını da yüklədikləri gəmilərlə Amerikaya gedib oranı kəşf ediblər” dediyi xatırladılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar