ABŞ Ukraynaya minaatan əleyhinə radar sistemləri verib

absssABŞ hərbçiləri Ukraynaya veriləcək minaatan əleyhinə yüngül radar sistemlərinin ilk üç ədədini bu ölkəyə çatdırıblar.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi, polkovnik Stiv Uorren açıqlayıb. O bildirib ki, Ukraynaya verilən radiolokasiya sistemləri minaatan atəşinin yaxınlaşdığını görür və tez bir zamanda düşmən mövqelərini müəyyənləşdirir. S. Uorren deyib ki, bu sistemlərdən nə zaman və harada istifadə olunacağını Ukrayna özü müəyyənləşdirəcək.

Pentaqon ümumilikdə Ukraynaya 20 bu tip sistem təqdim olunacağını elan edib. Bu, ABŞ-ın Ukraynaya edəcəyi 118 milyon dollarlıq hərbi yardımın tərkib hissəsidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar