Zavodda silah-sursat tapıldı - Foto

Bakıda məişət tullantıları arasından silah-sursat hissələri tapılıb.

Silah-sursat hissələri Balaxanı qəsəbəsindəki “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda (BMTÇZ) məişət tullantılarının çeşidlənməsi zamanı aşkarlanıb. “Təmiz Şəhər” ASC-nin təhvil-təslim aktı ilə 12-ci polis bölməsinə təqdim etdiyi silah hissələri aşağıdakılardır: 161 ədəd 7.62 çaplı təlim patronu, 38 ədəd 7.62 çaplı patron, 9 ədəd 5.45 çaplı patron, 2 ədəd radioötürücü, 1 ədəd radioötürücünün cərəyan dolama cihazı, 1 komplek hərbi durbin, 1 ədəd PDM-2 30 mm-lik mərmisi və 1 ədəd tüfəng qundağı.

Qeyd edək ki, BMTÇZ Bakı şəhərindən toplanmış bərk məişət tullantılarını növlərinə görə (metal, şüşə, plastik, kağız) ayırmaqla məşğuldur. Bu zavodda çeşidlənmiş tullantılar təkrar emal üçün hazırlanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar