Bərdədə külli miqdarda narkotik vasitə aşkar edilib
Baxiş sayı:
Dərc olunub:
22/11/2014 - 11:35
Trend-in ElTV-yə istinadən verdiyi məlumata görə, Bərdə polisinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardığı tədbirlər nəticəsində rayonun Mehdili kənd sakini Arif Ağayev saxlanılıb.
Onun yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Bu zaman evin bir otağında sərili halda və müxtəlif bağlamalarda çeşidlənmiş bükümlər aşkar edilib. Saxlanılan şəxs narkotik vasitə olan marixuananı kəndin yaxınlığından keçən su kanalının kənarında əkdiyini və ona xüsusi qulluq göstərərərk becərdiyini etiraf edib.
Onun artıq iki ildir bu işlə məşğul olduğu da aydınlaşıb. Tapılan narkotik vasitənin ümumi çəkisi 3 kiloqram 675 qram olub. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.
Son yazılar
18:31
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.