Böyük Britaniya qoşunları Şərqi Avropada

Böyük Britaniya son 6 ildə Şərqi Avropada ən böyük qoşun və zirehli texnika yerləşdirilməsini aparır.

Polşa ilə birgə hərbi təlimlərə başlayan Böyük Britaniya ordusu potensial Rusiya təhlükəsinə qarşı bir araya gəlib.Bu haqda “Reuters” məlumat verir.

Ötən ay NATO üzvü olan Polşa açıqlamalarında Ukraynada baş verən qeyri-stabilliyin Polşada təkrarlanma ehtimalına qarşı öz qoşunlarının bir hissəsini şərq sərhədlərinə keçirəcəyini bildirmişdi. Britaniya isə açıqlamalarında artıq 1.300-ə yaxın əsgərinin təlim məqsədi ilə Polşada olduğunu qeyd edib.

“Bu təlim iki hərbi qüvvə arasında sıx əməkdaşlığın yaranmasına səbəb olacaq. Əməkdaşlıq növbəti iki il ərzində də davam edəcək”, - deyə Britaniya müdafiə naziri bildirib.

Sentyabr ayında Uelsdə keçirilən NATO sammitində Rusiya təhlükəsinə qarşı Şərqi Avropa ölkələri ilə birgə işlərin görülməsi və müdafiə xəttinin gücləndirilməsi ilə bağlı qərarlar alınıb.

Britaniya artıq Baltikyanı ölkələrin hava sərhədlərinin mühafizəsi üçün 6 “Tifon” qırıcı təyyarəsini ayırıb.

NATO rəsmisinin məlumatına görə, Rusiya təyyarələrinin Avropa hava sərhədlərini pozmasına dair 400-dən artıq fakt aşkar olunub. Bu göstərici “Soyuq Müharibə”dən bəri qeydə alınmış ən böyük rəqəmdir. /eunews.az/

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar