Səhiyyə İdarəsinin rəisi işdən çıxarıldı

Sehiyye_NazirliyiAzərbaycan səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Gəncə rayon Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, həmin vəzifəyə artıq yeni təyinat aparılıb. M.Rzayev isə başqa vəzifəyə keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə açıqlamasında sözügedən məlumatı təsdiqləyib.

Qeyd edək ki, Gəncə rayon Səhiyyə İdarəsi Səhiyyə Nazirliyinin strukturuna tabe olan qurumdur. Onun rəhbəri yerli icra hakimiyyəti orqani ilə razilaşdırılmaqla nazirin əmri ilə vəzifəsindən azad edilir və ya təyin edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar