Müdafiə Nazirliyindən ermənilərin meyitləri götürməsi xəbərinə reaksiya: “Növbəti təxribatdır”

Ermənistan KİV-i hərbi helikopterin vurulduğu istiqamətdə Azərbaycanın iki hərbçisinin öldürülməsi, helikopterin qalıqlarının götürülməsi barədə məlumat yayıb

Ermənistan KİV-i bu ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən noyabrın 21-də gecə Ermənistana məxsus hərbi helikopterin vurulduğu istiqamətdə Azərbaycanın iki hərbçisinin öldürülməsi, helikopterin qalıqlarının götürülməsi barədə məlumat yayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 12-də Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin düşdüyü ərazidən meyitlərin qalıqlarının çıxarılması ilə əlaqədar guya xüsusi əməliyyat keçirilməsi və Azərbaycan Silahlı Qüvvələri bölmələrinin bu istiqamətdə itki verməsi barədə erməni tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur, bu məqsədyönlü surətdə yayılan növbəti təxribatdır və yalandır.

Düşmən tərəfinin vurulmuş helikopterdəki meyitlərin adı altında hər hansı bir qalıqları nümayiş etdirəbiləcəyi ehtimalını əvvəlcədən təxmin edərək bildiririk ki, bu ancaq erməni xalqını aldatmaq niyyətilə əvvəllər verdikləri itkilərin nümayişi ola bilər.

Erməni tərəfindən tam fərqli olaraq Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verən hər bir itki barədə rəsmi surətdə dərhal ictimaiyyətə məlumat verir və şəhidlərin dəfn mərasimlərini təntənəli şəkildə təşkil edir.

Müdafiə Nazirliyi bildirir ki, ermənilər helikopterin düşdüyü ərazidə daim vəziyyəti gərginləşdirir və beynəlxalq qurumları da bu məsələyə cəlb etməyə cəhd göstərirlər.

Həmin istiqamətdə Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və ərazi tam nəzarət altındadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar