Deputatlar xərclərin 70%-ni əmək ödənişi fonduna daxil edir

Azərbaycanın Milli Məclisi özünün gələn ilki xərclər smetasını müzakirə edib.

Milli Məclis və onun Aparatının saxlanılması üçün 2015-cu il üzrə xərclərinin 23 milyon 357 min 94 manat olması nəzərdə tutulub.

Bunun 69, 7 faizini və ya 16,28 mln manatı əmək haqlarına xərcləmək planlaşdırılır.

Layihədə ezamiyyə xərclərinə 1 milyon 473 min 900 manat ayrılıb. Rabitə xərcləri üçün isə 240 min manat vəsait ayrılıb. Yanacaq-sürtkü materialları alınmasına 683,345 min manat, istehlak malları alınmasına 1 mln 348,325 min manat xərclənəcək.

Büdcə müzakirələri zamanı parlament hökumətdən Milli Məclisin avtoparkının maddi- texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomaşınların nəqliyyat vasitələri alınması üçün 400 min manat istəyib. /contact.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar