“VAQNER” ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİNİ BAŞLADlR? - “Putin bu ad altında vəziyyəti daha da gərginləşdirə bilər”

Bu dəhlizi “Yer kürəsinin ən təhlükəli yeri” adlandıranlar belə var…

“Baxmutda Ukrayna üçün böyük problemə çevrilən “Vaqner” hərbi birləşməsi indi də NATO üçün əsl başağrısına çevrilib. Bu birləşmə faktiki olaraq NATO-nun şərq cinahını təhdid edir.

Yevgeni Priqojinin Rusiyadakı uğursuz çevriliş cəhdindən sonra Belarusa yerləşdirilən “Vaqner” muzdluları Polşanı işğal etməklə bağlı fikirlər səsləndirirlər. Amma Varşava ordusu say baxımından “Vaqner”i xeyli üstələyir.

Ona görə də Polşanın paytaxtına yönələn təhdidlər böyük ölçüdə dəf edilmiş sayılır. Lakin onlar Suvalki dəhlizi kimi tanınan əraziyə hücum edə bilərlər. Polşa, Litva və Kalininqrad arasında yerləşən bu dəhlizə qarşı yönələn kiçik bir hücum belə NATO üçün böyük problemlər yarada bilər. Ən qorxulusu isə odur ki, bu hücumun sonda Üçüncü Dünya Müharibəsi ilə nəticələnmə riski var”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Mail” nəşrində yayımlanan “Vaqner həqiqətən Polşaya hücum edərək, Üçünü Dünya Müharibəsini başlada bilərmi?” başlıqlı məqalədə bildirilir.

Sözügedən məqalənin tərcüməsini oxuculara təqdim edirik:

Suvalki dəhlizi nədir?

Suvalki dəhlizi – Polşa ilə Litva sərhədi boyunca uzanan 40 mil genişlikdə olan bir ərazidir. Bu ərazi rəsmi olaraq Polşanın bir hissəsidir. Həmçinin, Avropa ilə Baltikyanı ölkələr arasında yeganə quru sərhədidir. Buradan yalnız bir dəmir yolu xətti və iki əsas magistral yol keçir ki, onlardan da biri tək zolaqlıdır.

Ərazinin relyefi isə əsasən əkin sahələri, seyrək meşəliklər və bir neçə kiçik kəndlə əhatə olunan təpələrdən ibarətdir. Bu o deməkdir ki, əraziyə yerləşdirilmiş hər hansı bir orduya yardım çatdırmaq, eləcə də bölgəni müdafiə etmək xeyli çətindir.

Rusiya niyə bu əraziyə hücum etsin?

Bu ərazi Vladimir Putin üçün NATO-nun ən zəif nöqtəsi hesab olunur. Təsadüfi deyil ki, Ukrayna müharibəsi başlayandan bəri Baltikyanı ölklələrin də işğal qorxusu artıb. Əgər Putin buna cəhd edərsə, onun ilk həmləsi Suvalki dəhlizini bağlamaq olacaq. Dəhlizin tutulması NATO-nun ən böyük bazalarının yerləşdiyi Polşa və Almaniyadan Baltikyanı ölkələrə əlavə qüvvələrin gətirilməsini xeyli çətinləşdirəcək. 


Digər tərəfdən isə Belarusiya ilə Rusiyanın Kalininqrad vilayəti arasında quru əlaqəsi yaranacaq. Moskva bunu çox yaxşı anlayır. Hətta bəzi iddialara görə, Rusiya 2021-ci ildə keçirilən “Zapad” hərbi təlimləri zamanı Belarus qüvvələri ilə birlikdə Suvalki dəhlizinə hücum simulyasiyaları üzrə müxtəlif məşqlər icra edib. Hazırda bu dəhliz strateji baxımdan o qədər əhəmiyyətlidir ki, buranı “Yer kürəsinin ən təhlükəli yeri” adlandıranlar belə var.

“Vaqner” kiçik tipli partizan hücumları ilə bu yoldan istifadəni çətinləşdirə bilər

“Vaqner”in bölgəyə hücum ehtimalı aşağı olsa da, bu, texniki cəhətdən mümkündür. Ukrayna hesab edir ki, hazırda Belarusda 5000-ə yaxın “Vaqner” hərbçisi var. Onların ağır silahları və tankları böyük ölçüdə əllərindən alınıb. Polşanın isə tank, ağır artilleriya, hücum təyyarələri və döyüş gəmilərindən ibarət 150 min nəfərlik ordusu var. 


Güc nisbətinə görə, “Vaqner”in Suvalki dəhlizinə hücumu və bölgəni əlində saxlaması mümkün görünmür. Lakin NATO-nun Avropadakı keçmiş komandanı Ben Hodges hesab edir ki, Rusiya dəhlizi ələ keçirmək əvəzinə, kiçik tipli partizan hücumları ilə bu yoldan istifadəni çətinləşdirə bilər. O, qeyd edir ki, bu tip hücumlar üçün “Vaqner” əla vasitədir. Hücum nəticəsində magistral yolların və ya dəmir yolu xəttinin ziyan görməsi ərazinin işğalı qədər effekt verə bilər. Bu baş verərsə, Polşa çox güman ki, NATO-nun 5-ci maddəsinə istinad edərək Alyansın bütün qüvvələrindən yardım tələb edəcək. Almaniya və Fransa bu çağırışa çox önəm verməsələlər də, Şərqi Avropa dövlətləri bu addımı mütləq dəstəkləyəcəklər.

NATO-nun “Vaqner”in hücumuna necə cavab vercəyi isə məlum deyil. Çünki “Vaqner” hazırda Belarusda və Rusiyada yerləşir. Əgər NATO Rusiya və ya Belarusa zərbə endirərsə, təcavüzkar tərəf kimi görünəcək. Ona görə də NATO-nun partizan döyüşü aparan “Vaqner”ə qarşılıq verməsi çətin olacaq. Əgər NATO hərbi güc yolu ilə cavab verməyi seçsə, Putin nüvə silahı yerləşdirdiyi güman edilən Kalininqradın müdafiəsi adı altında vəziyyəti daha da gərginləşdirə bilər.

Bu, Üçüncü Dünya Müharibəsinə səbəb ola bilərmi?

Bir sözlə, bəli. “Vaqner”in NATO üzvü olan Polşa və ya Litvaya hər hansı silahlı müdaxiləsi, hərbi reaksiyaya səbəb olacaq. Başlanğıcda bu, Rusiyaya və ya Belarusa hücumu nəzərdə tutmaya bilər, lakin vəziyyət asanlıqla birbaşa döyüşlərin başlayacağı nöqtəyə çata bilər.

Xatırladaq ki, ABŞ lideri Co Bayden əvvəllər bu ssenarini “Üçüncü Dünya Müharibəsi” adlandırmışdı. NATO-nun bu münaqişədə qalib gələcəyi gözlənilsə də, dağıntılar və ölənlərin sayı, çox güman ki, tarixin ən qanlı müharibələri ilə eyni səviyyədə olacaq.

Ukraynada müharibə davam edərkən NATO-ya qarşı ikinci cəbhənin açılması Putin üçün çətin bir addım kimi görünsə də, ekspertlər bunun mümkün ola biləcəyini deyirlər.

Elvin

“AzPolitika.info”

635x100

Şərhlər

turan 2023-07-26 14:52:26

Vaqner 9 aya balaca Baxmut şəhərini ala bilmədi. Ukrayna ,eləcə də NATO onun döyüş üslubunu çox yaxşı bilirlər.Bu dəstənin Polşa ordusu (eləcə də NATO) üçün hər hansı bit təhlükə yaradacağı inandırıcı görünmür.Olsa-olsa bir az başağrısı verə bilərlər..

Cəmşid Dərələyəzli 2023-07-25 17:47:45

İlk gündən yazmışdım ki, Vaqnerin Putinə qarşı "qiyamı” Putinin öz oyunu idi. Burada məqsəd , birincisi əhalinin və komandasının özünə qarşı nəbzini yoxlamaq, ikincisi və ən əsası isə, dünyaya Vaqneri men idare etmirəm görüntüsünü yaratmaq id. İndi bu yazıda mətləblər ona gətirib çıxarır ki, hazırda Vaqneri Putin NATO-nun Ukrayna ilə həmsərhəd ölkələrinə qarşı qullanmaq istədiyi ən böyük kozdu. Ona görə də qərb bu təhlükələri gördüyü üçün, son zamanlarda NATO-nun aparıcı dövlətlərindən Amerika, Fransa və Almaniya Ukrayna qonusunda Rusiyaya qarşı siyasətlərində bir yumuşalma sezilir. Bunu son Brüssel toplantısında Zelensinin görüntülerindən daha aydın gördük. Qısacası Qerb Ukraynaya görə üçüncü dünya savaşında maraqlı deyil. İnşallah yaşayarıq görərik.

Son yazılar