İtaliya "Cənubi axın"dan imtina etdi

"Cənub Axını" qaz borusu layihəsi İtaliya üçün prioritet deyil. Buna səbəb Rusiyanın Krım yarımadasını ilhaq etməsidir." ANS PRESS-in məlumatına görə, bunu İtaliya sənaye naziri Federika Quidi bildirib.

Onun sözlərinə görə, bu, çox lazımlı layihədir, ancaq indi bizim prioritetlərimizin siyahısında deyil: "Cənub Axını" qazın tranziti baxımından çoxşaxəlilik yaratsa da, təchizat baxımından mənfi cəhətlərə malikdir."

Ümumiyyətlə, bir-neçə ay əvvəl Avropa Komissiyası Rusiyanın Avropa İttifaqı üzv dövlətləri ilə imzaladığı ikitərəfli razılıqların Avropa İttifaqı qanunlarına zidd olduğunu açıqlayıb. Bu isə o deməkdir ki, qaz istehsalı və təminatçısı olan Rusiyanın "Qazprom" şirkəti Avropada istehsal və qaz daşıma şəbəkəsinə malik ola bilməz.

"Cənub Axını" layihəsinin 50%-ə malik olan "Qazprom" isə Avropa Komissiyasının tələblərinə cavab verməkdən imtina edib.

Xatırladaq ki, 40 milyard dollara başa gələcək və Ukraynadan keçmədən Avropa tələbatının 15%-ni təmin edəcək Rusiya qazının nəqlini nəzərdə tutan boru xətti layihəsi Avropa İttifaqı ölkələri arasında və Avropa Komissiyası ilə ziddiyyət yaradıb. İtaliyanın dövlət neft şirkəti "Eni" də layihənin bir hissəsi olduğu üçün, Rusiya qazının gətiriləcəyi ölkələrdən biri idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar