“Azərbaycan və İranın da iştirakı ilə etibarlı enerji bölgəsi yaradacağıq” - Co Bayden

Co Bayden: “Bakı-Tiflis-Ceyhan bir çoxları inanmasa da, gerçək oldu və bu, oyun qaydalarını dəyişdirən bir hadisə idi”

Türkiyədə səfərdə olan ABŞ-ın vitse-prezidenti Co Bayden ABŞ Atlantik Şurasının (Atlantic Council) “Enerji və iqtisadiyyat” mövzusunda İstanbulda keçirilən zirvə toplantısında iştirak edib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, C. Bayden çıxışında İstanbulun Atlantik Şurası toplantısını keçirmək üçün ən uyğun yer olduğunu bildirib:

“Həyati əhəmiyyətli bir bölgədəyik. Buraya Ukraynadan gəldim. Rusiyanın Ukraynadakı fəaliyyətləri və Krımın işğalı qəbul edilə bilməz və buna qarşı mübarizəmizi davam etdirəcəyik. NATO məkanını müdafiə etmək, NATO-nun təsirini artırmaq üçün hər şeyi etmək niyyətindəyik. Avropanın enerji təhlükəsizliyi də prioritet mövzularımız sırasındadır. Rusiya beynəlxalq normaları tapdayaraq enerjidən silah kimi istifadə edir. Bir mənbədən asılılıq Avropa üçün çox uzun zamandır problem yaradır. Artıq hərəkətə keçmək lazımdır. Rusiya tədarükçü olmasın demirəm. Lakin Avropa öz enerji mənbələrini müxtəlifləşdirməlidir. Rusiya beynəlxalq qaydalara əməl edərək burada oyunçu olmağa davam edə bilər”.

C. Bayden bəyan edib ki, “əsrin layihəsi” olan və Xəzərin enerji ehtiyatlarını Avropaya çatdıran Bakı-Tiflis-Ceyhan bir çoxları inanmasa da, gerçək oldu: “Bu, oyun qaydalarını dəyişdirən bir hadisədir. Aralıq dənizi regionunda Azərbaycan və İranın da iştirakı ilə daha etibarlı bir enerji bölgəsi yaradacağıq. Bunun gətirəcəyi strateji faydadan bütün bölgə yararlanacaq. İsrail, Türkiyə, Yunanıstan, Misir və Kiprin bir araya gəlməsi ilə bölgədə rifah səviyyəsi yüksəldilə bilər. Bu, enerji təhlükəsizliyinin təminatı ilə mümkün olacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar