"Leyla Yunusun səhhəti kəskin şəkildə pisləşib" - Vəkil

Son günlər həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti kəskin şəkildə pisləşib, bu barədə Turan-a onun vəkili Elçin Qəmbərov bildirib.

Onun sözlərinə görə, Yunusun qara ciyərində parçalanma prosesi başlayıb, xroniki olaraq az yemə nəticəsində təzyiqi ciddi şəkildə düşür və zəifdir. Həbs edildiyi gündən etibarən L.Yunus 10 kq arıqlayıb.

Vəkil Ramiz Məmmədov istintaq təcridxanasına Yunusun analizlərinin nəticələri haqqında məlumat verilməsi üçün rəsmi sorğu təqdim edib, lakin istintaq təcridxanasının rəhbərliyi bu sorğunu qeydiyyata almaqdan imtina edib ki, bu da birbaşa qanun pozuntusudur, deyə vəkil bildirib.

Xatırladaq ki, Leyla Yunus ağır diabet xəstəsidir və bu ilin iyulunda həbs edildikdən sonra o, müvafiq şəkildə müalicə olunmur. Kamerada mənəvi və fiziki təzyiq fonunda həbsdə onun səhhəti getdikcə pisləşir.

Beynəlxalq və yerli ictimaiyyətin hüquq müdafiəçisinə lazımi köməkliyin göstərilməsi haqqında hakimiyyətə çoxsaylı müraciətlərinə məhəl qoyulmur.

Leyla Yunus və həyat yoldaşı Arif Ermənistanın xeyrinə casusluqda ittiham olunurlar. Lakin onların təqibə məruz qalmasının əsl səbəbi siyasi məhbuslar problemlərini aktuallaşdırmaları və beynəlxalq təşkilatlara Bakıda keçiriləcək Avropa Oyunlarını boykot etmək çağırışlarıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar