Ukrayna Avromaydanının bir ili 60 saniyədə - Video

Ən iri 5 qərbyönlü Ukrayna partiyası koalisiya sazişi imzalamaqla parlamentdə çoxluğa nail olublar.

Baş nazirin müavini Vladimir Hroysman deyib ki, əldə olunmuş razılıq siyasi qüvvələrin hərəkət planına malik olduğunu göstərir.

Bundan əvvəl ölkə rəhbərliyi ilə görüşən ABŞ vitse-prezidenti Joe Biden deyib ki, parlament demokratiyanın inkişafı və korrupsiya ilə mübarizə üçün çətin islahatları həyata keçirməlidir.

2013-cü ildə ölkənin xarici kursu ilə bağlı kütləvi etirazlardan sonra Ukraynada yeni parlament və prezident seçkiləri keçirilmişdi.

Maydan hadisələrinin başlamasının bir illiyi münasibətilə hazırladığımız 60 saniyəlik videoxülasədə il ərzində baş verən hadisələrə nəzər salınır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar