RUSİYA ORDUSUNUN MƏXFİ SİLAHI - “Armata” proqramı

İnformasiya agentlikləri rus ordusunun önümüzdəki ildə yeni zirehlı döyüş maşın kompleksləri ilə təchiz olunacağı barəsində məlumatlar yaymağa başlayıblar. Ümumi adı “Armata” olacaq bu maşınlar Rusiya hərbi arsenalındakı mövcud tırtıllı hərbi texnikaları əvəzləyəcək. “The National interest” jurnalının məlumatına görə, yeni zirehli döyüş maşınlarının 2015-ci ildən istehsal olunacağı və bunlardan iyirmi ədədinin isə Moskvadakı Qələbə paradında iştirak etməsi nəzərdə tutulur. Bütün bunların hamısı amerikanların gələcəyin yeni zirehli döyüş maşınlarının hazırlanması istiqamətindəki çətinlikləri fonunda baş verir.

Rusiya Hərbi Sənaye Kompleksinin sədr müavini Oleq Boçkaryov “İTAR-TASS” xəbər agentliyinə verdiyi müsahibəsində deyib: ”Siz döyüş maşınlarının ilk partiyasını gələn il 9 mayda Qızıl Meydanda görəcəksiniz”.

”Armata” kompleksi Rusiyanın mərkəzi hissəsindən uzaqda, Ural dağlarında yerləşən Nijniy Taqil şəhərinin “Uralvaqonzavod” şirkətində, əsas döyüş tankı, piyadaların döyüş maşını, ağır zirehli transportyorlar, özügedən artileriya qurğusu da daxil olmaqla, bir neçə variantda hazırlanır. Ümumiyyətlə isə, Rusiya dövləti “Armata” kompleksinin pulunu ödəyə biləcəyi təqdirdə həmin zirehli texnika 2030-ci ilədək soyuq müharibə dövründəki bütün “T-64”, ”T-72”, ”T-80” və nisbətən yeni hesab olunan “T-90” tanklarını əvəzləməlidir. ”İTAR-TASS” agentliyinin məlumatına görə, “Armata” platforması üzrə hazırlanacaq əsas döyüş tanklarında 125 millimetr çapında top lüləsi quraşdırılacaq. Ancaq əvvəlki tanklardan fərqli olaraq, ekipaj tankın baş hissəsində deyil, ayrıca zirehli kapsul içərisində yerləşdiriləcək. Belə nadir və yığcamlaşdırılmış sistem dünyanın heç bir müasir tankında yoxdur.

Adi sovet praktikasından fərqli olaraq, “Armata” proqramında ekipajın həyatına, yəni onların sağ qalmalarına daha çox əhəmiyyət veriləcək. Bu Rusiyanın hərbi çağırışçılardan ibarət indiki ordunun yerinə gəlcəkdə yeni peşəkar ordu yaratmaq niyyətindən də xəbər verir. Belə olan halda əsgər artıq “istifadə materialı” hesab edilməyəcək. ”Uralvaqonzavod” şirkətinin direktor müvini Vyaçeslav Xolitovun bildirdiyinə görə, “Armata” seriyalı maşınlar tamamilə yeni zireh tərkibli materildan hazırlanmaqla yanaşı, hərtərəfli müdafiəyə də malik olacaq. Onun sözlərinə əsasən, ekipaj döyüş mərmilərindən və yanacaq bakından uzaqda, tam ayrılmış şəkildə yerləşdiriləcək. Beləliklə öz daxili konfiqurasiyasına görə, yeni maşınlar amerikanların “M1A2 Abrams” və ya almanların “Leopard 2A+” tanklarına da bənzəyə bilər.

Bunlardan əlavə ”Armata” layihəsi haqqında demək olar ki, başqa heç nə məlum deyil. Amma ola bilsin ki, ”Armata” layihəsi Rusiya hökumətinin nəzərdə tutduğu maliyyə hesabından baha qiymətə başa gəlsin. Oleq Boçkaryov “İTAR-TASS” ağentliyinə bildirib ki, hal-hazırda “Armata”-nın qiyməti hədsiz yüksəkdir. Öz növbəsində ”Uralvaqonzavodun” rəhbərliyi isə yeni maşınların qiymətinin aşağı salınacağına söz verib.

Yeri gəlmişkən, Amerikan quru qoşunları uzun müddətdir ki, istismardakı piyadaların döyüş maşını “Bredli”-ni və əsas döyüş tankı “Abrams”-ı dəyişmək üçün bir neçə dəfə uğursuz cəhdlər ediblər. Onlar 2000-ci ildə “Future Combat Systems” proqramını işə salmışdılar. Bu proqram çərçivəsində ağır zirehli tankların, piyadaların döyüş maşınlarının, özügedən artileriya qurğularının və digər hərbi texnikaların yüngül çəkili döyüş maşınları ilə əvəzlənməsi qarşıya məqsəd qoyulmuşdu.

Həmin proqramın ideyasında, 20 tonluq yeni texnika “Abrams” kimi mütəhərriklik qabilyyətinə malik olmaqla yanaşı, böyük bir hərbi briqadanın 18 saat ərzində planetin istənilən nöqtəsinə çatdırılmasında iştirak da etməliymiş. Ancaq bu məsələdə fizika az qala yaddan çıxıbmış. Belə ki, mütəxəssislər çox tez anlayıblar ki, 20 tonluq maşın rəqib hücumundan qoruna bilmək baxımından 70 tonluq tankla müqayisəyə gələ bilməz. Ola bilər ki, bu cür texnikanın yaradılması yalnız gələcəkdəki hansısa inqilabi irəliləyiş nəticəsində mümükün olsun.

2009-cu ildə amerikanlar “Future Combat Systems” proqramından imtina etdilər və yeni “Graund Combat Vehicle” proqramı üzrə işə başladılar. Lakin onlar tezlikilə bu plandan da vaz keçdilər. Hazırda “Future Fighting Vehicle” adlanan proqram üzərində iş gedir. Bu proqramın hansı istiqamətdə irəliləyəcəyi barəsində danışmaq isə hələlik tezdir. Amma hazırda ”Abrams” tanklarını əvəzləyəcək konkret proqram mövcud deyil. ABŞ quru qoşunlarında ümüd edirlər ki, zamanla dərin modernləşdirmə əsasında “Abrams” tanklarının “M1A3” adlanan yeni versiyası yaradılacaq. Bunun isə təxminən 2018-ci ildə baş verə biləcəyi gözlənilir.

Vaqif NƏSİBOV

QEYD: Hörmətli Oxucu! Bu xəbərin altındakı və səhifəmizdəki digər reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar