"Ebola" 2015-ci ildə süqut edəcək - BMT baş katibi

ebolaBMT baş katibi Pan Gi Mun Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu nümayəndələri ilə görüşü zamanı dünya ictimaiyyətinin səylərini birləşdirəcəyi halda, tarixdə epidemiya olaraq, ən çox ölümə səbəb olan "Ebola"ya 2015-ci ilin ortalarında qalib gəlməyin mümkün olacağını bildirib.

Bu barədə SalamNews BBC-yə istinadla xəbər verir. Ümumdünya təşkilatı rəhbərinin sözlərinə görə, Qərbi Afrikanın müxtəlif rayonlarında "Ebola"ya yoluxma hallarının azalmasına baxmayaraq, artıq altı nəfərin bu virusun qurbanı olduğu Malidə epidemioloji təhlükə artıb.

Bununla belə, BMT-nin "Ebola" problemi üzrə missiyasının rəhbəri Entoni Banberi bəşəriyyətin virus üzərində qələbədən hələ çox uzaq olduğunu söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar