Yasamalı "su basdı" - FOTO

Yenə Bakıya yağış yağdı, yenə hər tərəf "göllərə", "çaylara" döndü. Musavat.com xəbər verir ki, yağışın yağması nəticəsində Yasamal rayonu və Yeni Yasamal yaşayış massivinin bəzi yerləri su içində qalıb.

Belə ki, yağan yağış nəticəsində "İnşaatçılar" metrostansiyasının ətrafını və Yeni Yasamal yaşayış massivinə gedən yolları su basıb. Avtomobillərin hərəkəti suyun səviyyəsinin yüksək olması nəticəsində məhdudlaşıb. Saatlarla tıxac yaranıb.

Sürücülər alternativ yollardan istifadə etməyə çalışırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar