İŞİD-in ən böyük düşməni

ABŞ vitse-prezidenti Co Bayden Türkiyə haqqında şok açıqlama verib

Türkiyə İŞİD-ə qarşı mübarizədə vacib rəhbər mövqe tutub. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirdiyi mətbuat konfransında bu cür açıqlama verib.

Bir müddət əvvəl Bayden Ərdoğanı İŞİD-ə dəstək olmaqda ittiham etmişdi. Ərdoğan ona qarşı səsləndirilən əsassız iddialarla əlaqədar Baydenin onun üçün bir tarix olduğunu demişdi.

Türkiyə İŞİD-ə qarşı mübarizədə vacib rəhbər mövqe tutub.

ANS PRESS-in məlumatına görə, ABŞ vitse-prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirdiyi mətbuat konfransında bu cür açıqlama verib.

Ötən gün İstanbul keçirilən görüşdə Baydenin fərqli mövqedən çıxış etməsi diqqətləri çəkib.

Co Bayden deyib: "Türkiyə Suriyada yaşanan hadisələrlə əlaqədar ağır humanitar yük daşıyır. Prezident hazırda Türkiyədə 1,6 milyon qaçqının olduğunu bildirdi. Türkiyə hökuməti bu insanların humanitar ehtiyaclarını təmin edir, onların qayğısına qalır”.

“Həm Türkiyə, həm də Amerikanın üzləşdiyi problemləri dərindən müzakirə etdik. Cənab prezidentlə İŞİD-ə qarşı mübarizə yollarına dair fikir mübadiləsi apardıq. Eyni zamanda, Suriyada Əsəd rejiminin iştirakı olmadan siyasi keçid dövrünün təmin olunması məqsədilə bu ölkə müxalifətinin mötədil qolunun təlimatlandırılması və silahlnandırılması məsələsi də müzakirə olundu”,- deyə Bayden vurğulayıb.

Daha öncə Amerika hökuməti Türkiyəni İŞİD-ə qarşı lazımi səviyyədə mübarizə aparmamaqda günahlandırırdı.

Ərdoğan öz növbəsində çıxışı zamanı Türkiyənin Amerika ilə əməkdaşlıq əlaqələrini gücləndirəcəyini deyib.

Rəcəb Tayyib Ərdoğan bildirib: “İki NATO müttəfiqi olaraq bir-birimizin müdafiəsi və təhlükəsizliyinə olan bağlılığımızı bir daha təsdiq etdik. Dünyada sülh ciddi hədələrlə qarşı-qarşıyadır. Bu, əsasan, bölgəmizdə öz təzahürünü göstərir. Beynəlxalq sistem son zamanlarda regionda yaşanan hadisələrlə əlaqədar dərindən mütəəssir olub. Bununla belə, beynəlxalq qurumlar öz balanslaşdırıcı rolunu, təəssüf ki, ifa edə bilmir. Belə bir strateji vəziyyətdə Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasındakı əməkdaşlıq və qarşılıqlı dəstək daha böyük əhəmiyyət qazanır”.

Baydenin Türkiyəyə səfəri İstanbul şəhərində etirazlara səbəb olub. Gənclər Birliyi Təşkilatının fəalları “Bayden ölkəni tərk et”, “Amerika imperializmi rədd olsun” şüarları ilə mərkəzi küçələrdə yürüş ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar