Nazirin İlkin Muradova verdiyi pul mükafatının məbləği bilindi - 20 MİN MANAT!

Azərbaycan müdafiə naziri Zakir Həsənov noyabrın 12-də  erməni silahlı qüvvələrinin helikopterini məhv edən hərbi qulluqçu İlkin Muradova 20 MİN MANAT pul mükafatı verib. Bu barədə AzPolitika.info-ya məlumatlı mənbələr bildirib.

Qeyd edək ki, hadisədən dərhal sonra Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilirdi ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. İ.Muradov həmçinin qiymətli hədiyyə ilə də mükafatlandırılıb.

Xatırladaq ki, cəbhə xəttində döyüş növbəsində fərqlənən, düşmənin canlı qüvvəsini və texnikasını məhv edən hərbçilərimizə pul və məzuniyyət mükafatının verilməsi ənənəsi uzun illərdir var. Çox güman ki, İlkin Muradov indiyəqədərki ən böyük pul mükafatını alıb. Bu da təbiidir. Axı onun 3 ekipaj üzvü ilə birlikdə məhv etdiyi düşmən texnikası da ən qiymətlidir...

Vaqif Nəsibov

QEYD: Hörmətli Oxucu! Bu xəbərin altındakı və səhifəmizdəki digər reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar