Hitlerin Argentinadakı gizli malikanəsi satışa çıxarılıb - "73 yaşında burda ölüb..."

Dah çox yayılan versiyaya görə, İkinci Dünya Müharibəsinin son günlərində Hitler özünü öldürüb. Ancaq heç də az populyar olmayan əks versiyaya əsasən, fürerin ölüm hadisəsi simulyasiya edildikdən sonra, Adolf Hitler və Yeva Braun okeanın o biri tayına - Argentinaya qaçıblar.

Belə iddia olunur ki, nasistlərin lideri Argentinanın Pataqoniya bölgəsindəki İnalko adlı mülkdə yaşamağa başlayıb və özünün qalan ömrünü həyat yoldaşı Yeva Braun və iki qızı ilə birlikdə keçirib. Verilən həmin məlumatlara inansaq, Hitler 1962-ci ildə və 73 yaşında ölüb. İnalko rezidensiyası adlanan mülk hal-hazırda satışa çıxarılıb. Bu mülkün indiyədək Buenos-Ayresli vəkil Enriko Qarsia Meroudan başlamış, bir neçə sahibi olub. İddialara görə, Qarsia Merou nasist partiyasının və “SS”-in yüksək rütbəli bir çox məmurunun Argentinaya qaçmasına yardım göstərib. Qarsia Merou tanınmış memar Alexandro Bustiliyanın orijinal layihəsi əsasında 1943-cü ildə tikilmiş İnalko mülkünün ilk sahibi olur. Bustilyo həmçinin başqa adlar altında Argentinada gizlənmiş SS zabitləri üçün tikilən evlərin də memarı sayılır.

Vaxtilə Hitlerin yaşadığı ehtimal olunan və ağacdan tikilmiş bu bina Nauel Xuapi gölünün sahilindəki 183 hektarlıq bir sahədə yerləşir. Buraya ən yaxın sivilizasiya məkanı Villa la Anqostura şəhərciyidir. İnalko mülkü yaxınlıqdan keçən avtomobil yolundan 230 metr aralıdır və üç tərəfdən çox sıx meşə örtüyü ilə əhatə olunub. Bu binanın planı faşist liderinin Alp dağlarındakı rəsmi rezidensiyası olan Berqhofu xatırladır. Binanın planına görə, bura Hitlerin Alp dağlarındakı rezidensiyasının quruluşuna çox oxşayır. İnalkonun mənzərəsinin Alp dağlarına hərtərəfli bənzəməsi üçün Merou buraya İsveçrədən inəklər də gətirtmişdi. Sonradan Merou bu evi Argentina prezidenti Peron ilə yaxşı münasibətləri olan və “Mersedes-Bens” şirkətinin Cənubi Amerika ölkələri üzrə nümayəndəsi Xorxe Antoniyaya satır.

“Boz Qurdlar - Adolf Hitlerin qaçışı” kitabında iddia edilir ki, həmin ev Xose Rafael adlı alıcıya 1970-ci ildə satılan zaman, iki qızı olan Hitler artıq həyatda yox idi. Məsələ ondadır ki, Rafael Trozzo bu malikəni satın alarkən, o, Xuan Maller adlı şəxsə məxsus imiş. İddia edilir ki, əslində Xuan Maller “SS” zabiti və hərbi canı Reynxard Kopps olub. R.Kopps “SS”-ın keçmış qauptşturmanfüreri Erik Priebke ilə birgə Roma yaxınlığındakı Ardionite mağarasında 335 İtalyan vətəndaşını qətlə yetirmişdilər. Elə Hitlerin yaşadığı həmin İnalko malikanəsini də onun üçün məhz Xuan Maller adı altında gizlənmiş Reynxard Koppusun satın aldığı güman edilir.

Hazırda həmin malikanənin indiki sahibləri olan Trozzo ailəsi onu satmaq qərarına gəlib. Hitlerin İnalkoda yaşaması barəsində gəzən söhbətlər nəticəsində bu evin satış qiyməti böyük məbləğə - 30 milyon dollara qədər yüksəlib.

V.Nəsibov

QEYD: Hörmətli Oxucu! Bu xəbərin altındakı və səhifəmizdəki digər reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar