Bakıda torpaq sürüşməsi

Bu gecə yağan yağış Bakıda torpaq sürüşməsinə səbəb olub. Sakinlərin ANS PRESS-ə verdiyi məlumata ğörə, hadisə Biləcəri qəsəbəsi, Qabil Suleymanov küçəsi, 42 sayli binanln qarşısında baş verib. Hadisə nəticəsində iri plitələr uçaraq sakinlərin maşınlarının uzərinə aşıb.

Bakıda yağan yağışlar nəticəsində bu gecə həm də yaşayış evlərinə su dolub. Xətai rayonu sakinləri gecə saat 5 radələrində bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə müraciət ediblər.

FHN-in məlumatına görə, Bakının Xətai rayonunda yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahəsinə su dolub və vətəndaşların evdən çıxması çətinləşib.

Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Birgə keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyan aradan qaldırılıb, suyun ərazidən çəkilməsinə nail olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar