İKİ ÖLKƏ RUSİYANIN QORXUSUNDAN NATO-ya SIĞINIR - İşğal təhlükəsi

Rusların hərbi oyunları NATO üzvü olan qonşularını qorxuya salıb

Oktyabr ayının sonunda Şimali Atlantika Alyansının nümayəndələri bildirirdilər ki, bu il ərzində onlar üst-üstə 100-dən artıq Rusiya hərbi təyyarələrini yaxalamaq üçün öz hərbi hava qüvvələrini havaya qaldırıblar. Bu isə 2013-cü ildə baş vermiş anoloji hadisələrdən üç dəfə çoxdur.

Təhlükəsizlik məsələlərini araşdıran ”Eurapean Leadership Network” təşkilatının London qrupu bu hadisələri “ən həyəcanlı hava pozuntusu” kimi dəyərləndirir. Ancaq bütün bunlara baxmayaraq, NATO həmin qarşıdurmalarda müəyyən müsbət tərəflər də görür.

ABŞ-ın aviasiya generalı və NATO ölkələrinin birləşmiş ordularının komandanı Filip Bridlav deyib: ”Şübhəsiz ki, biz hər dəfə rus hərbi qüvvələri ilə qarşılaşdıqda onların taktiki manevr üsullarına da yaxından bələd oluruq”.

Bu məsələ ilə əlaqədar “European Leadership Network”-un London qrupunun elmi direktoru Lukoş Kulsa da oxşar fikirlər söyləyib:

”Rusiya tərəfindən həyata keçirilən əməliyyatlar onların hansı hərbi taktiki imkanlara malik olmaları və eyni zamanda da genişmasştablı manevr hazırlıqları barəsində bizə yaxşı məlumatlar da verir”.

Hazırda Ukraynada gərginləşən böhran Avropa və ABŞ-ı Rusiyaya qarşı fəaliyyət göstərməyə vadar edib. Bu, 25 il əvvəl bitən soyuq müharibədən sonrakı ən dərin və ciddi böhrandır. Hətta yorulmaz dialoq tərəfdarı olan Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer də optimist olmaq üçün heç bir əsas görmədiyini bildirib.

TABE ETDİRMƏK

Noyabrın 18-də Moskvada “Xalq cəbhəsi” hərəkatının forumundakı çıxışında prezident Vladimir Putin öz tərəfdarlarına üz tutaraq deyib:

"ABŞ Rusiyanı alçaltmaq yox, özünə tabe etdirmək istəyir”.

Senyabr ayında Uelsdə keçirilən sammitdə, NATO Rusiyadan gələn təhlükələr fonunda alyansa daxil olan Şərqi Avropa ölkələrinin müdafiə imkanlarının artırılmasına qərar verdi. NATO-nun ümümi xərclərinin üçdə ikisini ödəyən ABŞ, digər müttəfiqlərindən də bu istiqamətdə xərc çəkmələrini tələb edib. Alyans bu məqsədlə Şərqi Avropa ölkələrinin ərazisində, tərkibində beş min əsgər olacaq çevik hərbi qüvvələr yerləşdirmək qərarına gəlib.

Finlandiyanın “Xarci Məsələlər İnstitutu”-nun aparıcı əməkdaşı Çarli Pasternak Rusiyanın hərəkətlərini “həyəcan siqnalı” adlandıraraq, bildirib: ”Rusiya hərbi qüvvələri on il bundan əvvəlki ilə müqayisədə xeyli güclənib. Onlar indi böyük hərbi birləşmələri və texnikanı bütün döyüş hazırlığı ilə birgə uzaq məsafələrə daşıya bilmək qabiliyyətinə yiyələniblər”.

Elə məhz buna görə də, Finlandiya və İsveç NATO-ya daxil olmaq istəyini öz ölkələrində çox ciddi şəkildə müzakirə etməyə başlayıblar. Onlar Rusiyanın yaxın qonşuları ilə olan münasibətlərinə çox diqqət yetirirlər. Beləki, Putin ordusu bütün beynəlxalq normaların ziddinə olaraq, Moldova və Gürcüstan ərazisinin bir hissəsini zəbt edərək, öz nəzarəti altına salıb. Mart ayında isə ruslar Krımı ilhaq ediblər.

"Bloomberg Businessweek"

QEYD: Hörmətli Oxucu! Bu xəbərin altındakı və səhifəmizdəki digər reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar