Qəbələdə tanınmış iş adamını evində qətlə yetirdilər - TƏFƏRRÜAT

Qəbələ rayon prokurorunun köməkçisi Elçin Sadıqov bu rayonda qətl hadisəsi baş verdiyi haqda məlumatı təsdiqləyib. O bildirib ki, noyabrın 23-dən 24-ə keçən gecə vətəndaş Vahabov Vahid Rəşid oğlunun evinə basqın edərək, onu öldürüblər.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə ) maddəsi ilə cinayət işi açılıb. Hazırda cinayəti törətmiş şəxslərin saxlanılması istiqamətində zəruru istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Bizimyol.info saytına daxil olan məlumatda bildirilirdi ki, maskalı şəxslər iş adamı V.Vahabovun 1 saylı orta məktəbin yanında yerləşən evinə basqın edərək pul tələb ediblər. Həmin vaxt evdə iş adamının özü və həyat yoldaşı olub.

Vahid Vahabov evdə pul olmadığını deyib və avtomobilinin açarını verib. Quldurlar avtomobilin açarını götürməyiblər, ev sahibinin ürəyinə bir güllə vuraraq onu qətlə yetiriblər.

Qeyd edək ki, Vahid Vahabov Qəbələ şəhərində yerləşən məşhur “Soyuqbulaq” restoranının sahibi olub. Onun Bakı şəhərində də restoranları var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar