Narazı erməni məmur postundan getdi

Ermənistanın nazir müavini öz ərizəsi ilə vəzifədən gedib

Ermənistanda iqtisadiyyat nazirinin müavini Tiqran Arutunyan vəzifəsindən gedib. ANS PRESS-in məlumatına görə, Tiqran Arutyunyan öz ərizəsi ilə işdən azad olunduğu deyilir

Qeyd edək ki, bir neçə müddətdir Ermənistanın iqtisadiyyat nazirinin müavini Tiqran Arutunyanın vəzifəsindən gedəcəyi deyilirdi. Hakim dairədə iqtisadiyyatın sütunlarından hesab edilən və Ermənistanın Gömrük İttifaqına üzvlüyünə narazı şəxslərdən sayılan Tiqran Arutunyanın postundan gedişindən sonra vəziyyətin lap pisləşəcəyi hesab edilir.

Onun yerinə hakim partiyanın parlamentdə təmsil olunan nümayəndəsi Xosrov Arutunyanın təyin ediləcəyi bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar