“Neft borularımızı bağlamaqla onları iflic vəziyyətə sala bilərik” - “Bəsic” rəisi

İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının rəisi Məhəmmədrza Nəqdi ölkəyə qoyulan sanksiyalardan danışıb.

“Media forum” saytının məlumatına görə, noyabrın 24-də jurnalistlərə açıqlama verən Nəqdi deyib ki, Qərbin İrana qarşı sanksiyaları təsirsiz olub.

ABŞ-ın İrandan qorxduğunu söyləyən “Bəsic” təşkilatının rəisi bildirib ki, bu qorxu ABŞ-ın siyasi və hərbi qüvvələrinin davranışında, eləcə də İranla aparılan nüvə danışıqlarında duyulur: “Bu gün İranın neft və qaz sənayesinin böyük bir qismi dini lider əsgərlərinin nəzarətindədir. Kimlərinsə sanksiya qoyub-qoymamağı bizim üçün əhəmiyyət daşımır. Razılaşmırlarsa cəhənnəmə razılaşmasınlar, cəhənnəmə sanksiya qoysunlar.

Bizim neftimizi verib yerinə avadanlıq və digər mallar almağa ehtiyacımız yoxdur. Sanksiyanı onlar bizə yox, biz onlara qoya bilərik. Biz sadəcə olaraq neft borularımızın kranını bağlamaqla onları iflic vəziyyətə sala bilərik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar