Şamaxı Rəsədxanası NASA-ın iddiasını RƏDD ETDİ

ABŞ-ın NASA agentliyinin bugünkü açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Bəziləri bunun əvvəlki proqnozlar kimi uydurma, digərləri isə inandırıcı olduğunu deyir. Agentlik 2014-cü il dekabrın 16-dan 22-nə kimi Yer kürəsinə qaranlıq çökəcəyini bildirib.

Şamaxı Astrofizika Rəsədxanasının direktoru Eyyub Quliyev Modern.az-a açıqlamasında dünyada belə bir prosesin baş verməyəcəyini və təşviş üçün heç bir əsas olmadığını bildirib:

“Şamaxı Astrofizika Rəsədxanası olaraq bəyan edirik ki, “dünya qaranlığa qərq olacaq” fikri tamamilə uydurmadır. Belə bir proses baş verməyəcəyindən Azərbaycana da heç bir təsiri olmayacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar