Rubl sürətlə yüksəldi

Rusiya rublunun, qlobal əsasda güclü sərmayəçi etibarı və artan neft qiymətləri ilə dəyəri artıb və bu gün sərt yüksəliş qeyd edib.

Rubl dollar qarşısında 2 faizdən çox yüksəlişlə 44.81 səviyyəsində icra olunub.

Sərmayəçilərin, neft istehsalının azaldılıb-azaldılmayacağının müzakirə ediləcəyi OPEC-in 27 Noyabrdakı toplantısı əvvəlində mövqe tutduqları da müşahidə olunur. Brent xam neftinin barelinin qiyməti bu gün 80.43 dollar səviyyəsində icra olunub.

Bu vaxt, Rusiyanın maliyyə naziri Anton Siluanov, Rusiyanın Qərb ölkələrinin sanksiyalarına bağlı illik zərərinin 40 milyard dollar ətrafında olduğunu, neft qiymətlərindəki enişdən qaynaqlanan zərərin isə 90-100 milyard dollar olduğunu söyləyib.

Rusiya Mərkəzi Bankının Sədrinin müavini Aleksi Simanovski isə, Rusiya banklarının 2014-cü il üzrə yekun mənfəətinin keçən ilıə müqayisədə 10% daha aşağı səviyyədə reallaşa biləcəyini söyləyib. Aralarında “Sberbank” ın da olduğu bəzi böyük Rusiya banklarına və şirkətlərinə Ukrayna böhranından qaynaqlanan sanksiyalar səbəbi ilə xaric bazarlar qismən bağlıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar