Səlim Müslümov Baş Prokurorluğa müraciət edtdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili nəzarət şöbəsi tərəfindən Bakının Xətai rayon Məşğulluq Mərkəzinin və Şabran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 2010-2013-cü illər ərzindəki fəaliyyətinin araşdırılması zamanı bir sıra qanun pozuntularına yol verildiyi aşkar edilib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinin əməkdaşlarının funksional vəzifələrinin icrası vəziyyətinin araşdırılması nəticəsində işsizlik müavinətlərinin təyinatı zamanı 88 halda qanunsuz olaraq 1 37852,95 manat məbləğində dövlət vəsaitinin ödənildiyi müəyyən olunub.

Habelə Şabran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində aparılan araşdırmalar nəticəsində mərkəz tərəfindən 32 sosial müavinət işi üzrə 50 881,8 manat və 36 ədəd ünvanlı sosial yardım işi üzrə 43 005,1 manat, ümumilikdə 93 886,9 manat (bundan 44 642 manatının araşdırma dövründə büdcəyə bərpası təmin olunub) artıq ödəmənin aparıldığı aşkar edilib.

Hər iki hal üzrə müvafiq vəzifəli şəxslər ilkin olaraq tutduqları vəzifədən azad olunmaqla, araşdırmaların nəticələrinə dair müvafiq materiallar hüquqi qiymət verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Baş Prokurorluğa təqdim edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar