Poroşenko NATO-ya üzvlüyü referenduma çıxarır

Ukrayna prezidenti Petro Poroşenko noyabrın 24-də Litva prezidenti Dalia Qribauskayte ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü qərarı referendum yolu ilə qəbul ediləcək.

"NATO-ya qoşulmaq və qoşulmamaq qərarını yalnız Ukrayna xalqı verə bilər. Biz Ukraynanın NATO-ya üzvlük şərtlərinə cavab verməsi üçün işlər görürük. Yalnız bu şərtlərə cavab verdikdən sonra Ukrayna xalqı referendumda NATO-ya üzvlük haqda qərar verəcək", - Poroşenko deyib.

Ukrayna prezidenti həmçini qeyd edib ki, Ukrayna hələ daxili islahatların aparılması ilə məşğul olmalıdır və Alyansa üzvlüklə bağlı tələsik qərarlar "xeyirdən çox ziyan gətirə bilərlər".

Litva prezidenti Qribauskayte də öz növbəsində NATO-nun hərbi təşkilat olmadığını və bütün NATO üzvlərinin uzun demokratikləşmə yolunu keçdiyini və buna görə də Ukraynanın dərin islahatlar prosesindən keçməli olduğunu vurğulayıb.

"Bu, həm sizin Avropa İttifaqı, həm də NATO üzvlüyünüz üçün keçərlidir. Siz konkret ölçülər götürdüyünüzü və ölkə daxilincə ciddi iş apardığınızı göstərə bilməlisiniz", - Litva prezidenti deyib.

Yekunda Dalia Qribauskayte həmçinin əlavə edib ki, islahatlar aparan və yaxşılaşmağa doğru səylər göstərən ölkə üçün NATO-ya üzvlük perspektivi də açıq olacaq. Prezident xüsusilə vurğulayıb ki, "Heç bir ölkə Ukraynanın üzvlüyə müraciətini ləğv etmək və Ukraynaya hansısa istiqaməti seçməyə məcbur edə bilməz, xüsusən də onun qonşuları". /eunews.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar