Bakıda Venesiya küçəsi - Video

Bir neçə gündür yağan aramsız yağış suları Bakının Nəsimi rayonunda yerləşən küçələri keçilməz vəziyyətə salıb

ANS TV-nin məlumatına görə, Səməd Vurğun küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən obyekt sahibləri deyir ki, hər dəfə hava dəyişən kimi piyada yolunu su tutur. Aptek sahibi Barat Abbasovun sözlərinə görə, dərmana ehtiyacı olan xəstələr belə bu keçilməz kanalizasiya sularının içərisindən keçməli olur. Buna görə də yağış yağdıqda obyektlər müştərisiz qalır. Hətta avtomobilini saxlayan sürücülər ayağına su keçməsin deyə tibbi sellofanlardan istifadə edirdi. Bəzi ev heyvanları isə bu vəziyyətdən yararlanırdı. Bəlkə də sahibsiz qalan pişik suyun səviyyəsini az da olsa aşağı salmağa çalışırdı.

Müsahibim deyr ki, dəfələrlə aidiyyatı qurumlara şikayət ediblər. Aldığımız cavablardan bəlli olur ki, qurumlar ötür-ötür oyunu oynayırlar.

Probelemlə əlaqədar”Azərsu” Açıq Səhmdar Cəmiyyətinə müraciət etdik. Qurumdan bildirdilər ki, bu problem fövqəlada haldır. Yəni güclü yağış yağan zaman ərazidə olan yağış barmaqlıqları bunun qarşısını almağa aciz qalır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar