Britaniyanın Ermənistandakı səfiri: “Azərbaycanda iqtisadi maraqlarımız var” 

“Böyük Britaniyanın Azərbaycanda iqtisadi maraqları var. Bu səbəbdən də ölkəmiz Dağlıq Qarabağ konfliktində maraqlı deyil”.

Musavat.com-un erməni qaynağına istinadən verdiyi məlumata görə, belə bir açıqlamanı İngiltərənin qonşu ölkədəki səfiri, xanım Ketrin Liç İrəvandakı Amerika Universitetindəki çıxışı zamanı verib.

Səfir bu xüsusda bp şirkətinin Azərbaycan iqtisadiyyatında böyük sərmayəçi olduğunu da xatırladıb.

“Biz bilirik ki, bu konflikt kimsənin marağında deyil. Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun bu yaxınlarda bölgəyə etdiyi səfərdə əsas məqsəd də məhz cəbhədəki avqust gərginliyindən sonra Azərbaycan və Ermənistana dinc nizamlanmaya alternativi olmadığı və xalqları sülhə hazırlamağın nə dərəcədə vacib olduğu haqda mesaj çatdırmaq idi” - deyə diplomat əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar