NATO-dan Kiyevə jest

Yens Stoltenberq: "Ukrayna üçün qapılar hələ də açıqdır”

NATO-nun qapıları Ukrayna üçün açıqdır. ANS TV-nin məlumatına görə, bunu NATO baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasinin 60-ci plenar sessiyasinda çıxışı zamanı deyib. ''Açıq qapı” hələ də açıqdır, Ukraynanın tələblərinə cavab verən qərar hələ də qalır. Lakin Ukrayna bloklara qoşulmayan ölkə olduğundan üzvlük üçün müraciət etməyib" - Yens Stoltenberq belə deyib.

Ukrayna prezidenti Pyotr Poroşenko isə litvalı həmkarı ilə birgə mətbuat konfransinda deyib ki, Ukraynanın NATO-ya qoşulub-qoşulmayacağına referendum yolu ilə qərar veriləcək.

“Biz Ukraynanın NATO-nun tələblərinə cavab verəcəyi meyarlar üzərində işləyirik və yalnız onlara nail olduqdan sonra Ukrayna xalqI referendum yolu ilə öz qərarını verəcək” - Pyotr Poroşenko belə deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar