Gürcüstan prezidenti Rusiya-Abxaziya sazişini pislədi

Rusiya ilə Abxaziya arasında bağlanmış “Müttəfiqlik və strateji tərəfdaşlıq haqqında” saziş Rusiya ilə münasibətlərin normallaşmasını çətinləşdirəcək.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Tiflisdə təşkil olunmuş xüsusi brifinqdə Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili bəyan edib.

Onun sözlərinə görə, beynəlxalq hüquqa zidd olan müqavilənin imzalanması Rusiyanın Abxaz regionunu ilhaq etməsinə yönələn addımdır. Marqvelaşvili beynəlxalq ictimaiyyəti qeyri-qanuni sazişə müvafiq siyasi qiymət verməyə çağırıb.

Qeyd edək ki, noyabrın 24-də Soçi şəhərində Rusiya ilə Abxaziya arasında imzalanmış saziş ümumi müdafiə və təhlükəsizlik məkanının yaradılmasını nəzərdə tutur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar