ABŞ-da kütləvi iğtişaşlar: Nyu-Yorkda üç körpü bağlandı - Yenilənib

Nyu-Yorkda Ferqyusonda silahsız yeniyetməni güllələyən polis barəsində andlıların ittiham irəli sürməməklə bağlı qərarına etiraz edənlər üç körpünü bağlayıblar.

"Trend" xəbər verir ki, bu barədə RİA Novosti yerli “Epoch Times” nəşrinə istinadən məlumat yayıb.

Nyu-Yorkun “Tayms skver” rayonunda minlərlə adam “Əllər yuxarı, atəş açma!” sədaları altında küçələrə çıxıblar. Nümayişlər Andlılar Məhkəməsinin qərarı məlum olana kimi davam edəcək.

KİV xəbər verir ki, etirazçılar Trayboro, Manhetten və Bruklin körpülərinə girişi bağlayıblar. Məlumat hələlik rəsmən təsdiqlənməyib.

* * *10:36

ABŞ-ın Missuri ştatı Ferqüsson şəhərində yerli əhali və polis əməkdaşları arasında toqquşmalar baş verib.

Bu barədə azvision.az CNN-ə istinadən xəbər verir.

Məlumata əsasən şəhərdə toqquşmalar böyük jürinin qaradərili yeniyetməni öldürən polis əməkdaşını məhkəməyə cəlb etməmək qərarından sonra başlayıb.

Böyük jürinin qərarından sonra şəhər küçələrində olan bəzi insanlar ağlamağa başlayıb. Onlar daha sonra “Ədalət yoxdur, sülh yoxdur” şüarları səsləndiriblər.

Daha sonra etirazçılar hüquq mühafizə orqanları əməkdaşlarını və onların avtomobillərinə hücum etməyə başlayıblar.

İlkin məlumatlara görə, toqquşmalar zamanı ən azı bir nəfər xəsarət alıb.

Artıq ABŞ prezidenti Barak Obama da Ferqüsson sakinlərini böyük jürinin qərarına hörmətlə yanaşmağa çağırıb. Prezidentin sözlərinə görə, Ferqüsson sakinləri qərarı tanımalıdır: “İnsanlar qərarla bağlı etirazlarını konstruktiv yollarla etməlidirlər”.

Qeyd edək ki, bu ilin avqust ayının 9-da qaradərili Maykl Braun mağazanı qarət edərkən ağdərili polisin açdığı atəş nəticəsində həlak olub. Daha dəqiqi, Braun mağazadan bir qutu siqar götürüb və pulu verməyib, satıcıya kobudluq edərək gedib. Bu, mağazadakı kameranın çəkdiyi kadrlardan da görünür.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar