İsa Qəmbərin qardaşı Arif Hacılıya qarşı

“Əgər əlimlə yazdığım ərizəyə sizə çatdırıldığı 09.09.2014 tarixində cavab verilsəydi, partiyaya üzvülüyüm bərpa edilər və başqanlığa namizəd olardım”.

Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının lideri İsa Qəmbərin qardaşı Rövşən Qəmbər deyib.

O bildirib ki, Müsavat partiyasının bir neçə saatlıq qurultayında ona on dəqiqəlik çıxış etmək imkanı versəydilər, qurultay nümayəndələrini Qubad İbadoğluna səs verməyə çağıracaqmış: “Qurultayda, həmçinin Qarabağ probleminin həllində mühüm təsiri olacaq Müsavat partiyasının daha xeyirli fəaliyyət göstərməsinə aid təkliflərimi qurultay nümayəndələrinə bildirmək istəyirdim və sonra namizədliyimi geri çəkərək, mənə inananların Qubad bəyə səs vermələrini istəyəcəkdim.

Müsavat partiyasının rəhbərliyi, 2011-ci ildə partiyanın yüzilliyi münasibətilə fəxri fərmanla təltif olunmağıma baxmayaraq, mənim 2009-cu ildə partiyadan çıxarıldığımı bildirdiniz. Kimlərinsə mənim fikirlərimi eşitməkdənsə, partiyadan kənarlaşdırılmağımı izah etməyə çalışması məni məyus etdi. Təəssüf ki, nə zaman və hansı legitim qərara əsasən partiyadan çıxarılmağım haqda yazdığım məktublara cavab verilmədi”.

Qeyd edək ki, Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı APA-ya açıqlamasında Rövşən Qəmbərin 2009-cu ildə öz ərizəsi ilə Müsavatdan çıxdığını bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar