Mənzil bazarında şayiə artır, ya qiymət?

Mənzil bazarında qiymətlərin qalxacağı barədə xəbərləri şərh edən iqtisadçı ekspert Vüqar Bayramov “Media forum” saytına deyib ki, bu iddiaların heç bir iqtisadi əsası yoxdur:

“Qlobal maliyyə böhranından sonra, xüsusən də 2010 və 2011-ci illərdə bəzi ekspertlər, demək olar, hər ay gələn aydan mənzil bazarında qiymətlərin yüksələcəyi ilə bağlı açıqlamalar yayırdı. Məlumat yayılırdı, amma qiymət artmırdı. Bununla mənzil bazarında süni tələb formalaşdırmaq və qiymət artımlarına nail olmağa çalışırdılar. Bu məlumatlarda məqsəd aydındır: qiymət artımları ilə bağlı xəbəri oxuyan potensial alıcı mənzil bazarına daxil olacaq və ev almağa tələsəcək. Yəni vətəndaş düşünəcək ki, qiymət artacaq, tez alım ki, ucuz alım. Bununla da süni tələb formalaşacaq və süni qiymət artımları baş verəcək.

Yenidən əmlak bazarında qiymət artımları ilə bağlı açıqlama yayılıb. Özü də kifayət qədər ciddi artımların olacağı bildirilir. Sanki əmlak bazarında hamı əlində pul ev axtarır, amma mənzil tapa bilmir. Maraqlıdır, evin qiyməti niyə artmalıdır? Neftin qiyməti yüksəlibmi? Rusiyadan Azərbaycana göndərilən pulların həcmi artıbmı? Neftin qiymətinin aşağı düşdüyü bir halda daxili tələbat artıbmı? Dövriyyədəki pulun həcminin azaldığı bir zamanda əmlak bazarına yeni vəsait daxil olubmu? Bunların heç biri baş verməyib. O zaman evin qiyməti niyə artmalıdır ki?”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar