İlham Mirzəyevin işi yenidən MƏHKƏMƏDƏ

Ilham-Mirzeyev-lentBu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan teleaparıcı İlham Mirzəyev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleaparacının vəkili Xanlar Əliyevin Lent.az-a verdiyi məlumata görə, hakim Faiq Qasımovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Baxış iclası dekabrın 9-na təyin edilib.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ.Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İ.Mirzəyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar