Dövlət obyektləri icarəyə bazar qiymətindən 3-4 dəfə ucuz verir

Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Texniki Universitetinin iki qeyri-yaşayış sahəsini müsabiqəyə çıxarıb. İcarənin start qiyməti bazar qiymətindən 3 dəfə aşağıdır.

Elana əsasən, 442,6 m2 və 63 m2 olan sahələr Yasamal rayonu, H.Cavid prospekti 25 ünvanında, I mərtəbədədir. Aylıq sttart icarə qiyməti 1460,58 və 249,48 manat və ya 1 kv m üçün 3,3 və 3,9 manatdır. Bu rayonda 1 m2 qeyri-yaşayış sahəsi ən azı 12 manatdır, deyə rieltorlar bildirir.

Potensial icarəçilərdən tələblərdən biri icarəyə verilən obyektlərin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsidir.

Təkliflər dekabrın 23-də qiymətləndiriləcək.

“Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları” 20 iyun 2007-ci ildə dövlət başçısının fərmanı ilə təsdiq edilib. İndiyədək ƏMDK Bakı və ölkə regionlarında telekommunikasiya qovşaqlarında bir neçə sahəni müsabiqəyə çıxarıb.(Turan)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar