Bakıda zibillikdən yeni doğulan körpə tapıldı

Uşaq sakinlər tərəfindən tam təsadüfən aşkar edilib

Bakıda zibilxanadan yeni doğulan körpə tapılıb.

Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, hadisə "Şamaxinka" adlanan ərazidə qeydə alınıb.

Belə ki, "Alov" zavodunun yaxınlığında zibilxanadan körpə uşaq çığırtısı eşidilib. Sakinlər zibil qutularından birində əskiyə bükülən yeni doğulmuş körpə görüblər.

Dərhal hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər uşağı körpələr evinə aparıblar. Müayinə zamanı zibillərin içinə atılan körpənin qız uşağı olduğu məlum olub.

Onun 20 günlük olduğu müəyyən edilib. Lakin uşağın kim tərəfindən atıldığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar