Ombudsmanın nümayəndələri İlqar Məmmədova baş çəkdi

Ombudsman Aparatının əməkdaşları Penitensiar xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində REAL Hərəkatının lideri İlqar Məmmədova baş çəkiblər.

Virtualaz.org Ombudsman Aparatının mətbuat xidmətinə istinadən bildirir ki, görüş zamanı İlqar Məmmədov bir neçə gün öskürək və yüksək hərarətdən əziyyət çəkdiyini, xəstəliyi ilə əlaqədar Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin həkimlərinin onu müayinə etdiyini, hazırda müəssisənin tibb-sanitar hissəsində stasionar müalicə aldığını, müalicədən sonra səhhətinin getdikcə yaxşılaşdığını bildirib.

İlqar Məmmədovun səsləndirdiyi bəzi fikirlər müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb, səhhətinin nəzarətdə saxlanılması tövsiyə olunub.

Xatırladaq ki, İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar