ANTİTERROR TƏDBİRLƏRİNDƏ ŞƏHİD OLAN HƏRBÇİLƏRİN ADLARI AÇIQLANDI - TAM SİYAHI + FOTOLAR

Antiterror tədbirlərində 192 hərbçi və 1 mülki şəxs şəhid olub, 511 hərbçi yaralanıb.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunmuşdur.

Lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olmuşdur.

Şəhid olmuş hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.

11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəkdir.

Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanmışdır.

Yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür. Yaralı hərbçilərimizin tezliklə öz sağlamlıqlarına qovuşmasını arzu edirik.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün hərbi qulluqçularımızın əziz xatirəsini yad edir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların siyahısını təqdim edirik:

Antiterror əməliyyatlarında şəhid olmuş hərbi qulluqçuların siyahısı

635x100

Şərhlər

Vuqar Memmed.oglu 2023-09-28 03:41:32

Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

B.Qarabağlı 2023-09-27 13:03:35

Vətən Qəhrəmanları Ruhlarınız şad olsun, Ailələrinə baş sağlığı, səbrlər diləyirəm. Ana Vətənin Başı sağ olsun və unutmasın ki, sonuncu düşmən vətən torpağımızı tərk etməyincə onların ruhları nəinki şad, heç zaman rahat belə olmayacaq?

Fəxrəddin Şirəliyev 2023-09-27 11:19:51

Allahdan Şəhid balalarımıza rəhmət və yaralılarımıza tezliklə sağalıb ailələrinə dönməyi arzu edirəm .

Son yazılar