Fransa vertolyotdaşıyan gəminin Rusiyaya verilməsini təxirə saldı

Fransa prezidenti Hollande Mistral vertolyot daşıyan 2 gəmidən birincisinin Rusiyaya verilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

Həmin gəmilər Rusiyanın sifarişi ilə düzəlib.

Hollandenin ofisi bildirib ki, Fransa prezidenti Ukraynanın şərqindəki vəziyyətin birinci Mistralın verilməsinə imkan yaratmadığını düşünür. Buna görə Hollande Mistralın verilməsinin təxirə salınmasını məqbul sayır.

Fransa bir neçə aydır ki, Qərb ölkələrinin təzyiqi altındadır. Onlar tələb edirlər ki, Fransa Mistralları Rusiyaya verməsin.

Fransanınvertolyot daşıyan gəmilərə görə Rusiya ilə müqaviləsi 1,2 milyard avrodur.

Rusiyanın müdafiə nazirinin müavini Borisov deyib ki, Rusiya bu qərarla bağlı heç bir tələb irəli sürməyəcək, ancaq Rusiya ümid edir ki, Fransa müqaviləni yerinə yetirəcək. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar