QHT rəhbərləri Türkiyə baş nazirinin müavini ilə görüşüblər

Avrasiya İqtisadi Əlaqələr Dərnəynin (EkoAvrasiya), Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən Xocalı soyqırımıyla əlaqədar tədbirləri çərçivəsində Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, Dünya Azərbaycanlıları Konqresi Azərbaycan nümayəndliyinin rəhbəri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, BayMedia İnformasiya Agentliyinin redaktoru Elnur Eltürk Türkiyə Böyük Millət Məclisində Türkiyə baş nazirinin müavini, iqtisadiyyat naziri Ali Babacan və Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin sədri, millət vəkili İsmail Safi ilə görüş keçiriblər. Görüşdə maraqlı fikir mübadiləsi aparılıb. Dövlətlərərası əlaqələr, Qarabağ problemi və digər məsələlər müzakirə olunub.

Onu qeyd edək ki, QHT sədrlərinin Türkiyə Böyük Millət Məclisinin iclasını izləmək şansı olub. QHT sədrləri bu şəriat üçün Türkiyə Böyük Millət Məclisinin rəhbərliyinə öz təşəkkürünü bildiriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar