“Litva prezidentini Saakaşvilinin taleyi gözləyir” - Sergey Narişkin

“Avropalılar ABŞ-ı NATO-dan qovsa yaxşıdır”

Litva Prezidenti Dalya Qribauskayte-ni Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin taleyi gözləyir. Belə bir bəyanatla Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin çıxış edib. O, kommunistlərin “Rusiya Litva ilə diplomatik əlaqələri kəsməlidir” çağırışına cavab olaraq belə deyib.

Litva prezidentinin “Rusiya terrorçu dövlətdir” iddiası cənab Narişkinin qəzəbinə səbəb olub. Bu iddiaya münasibət bildirərkən Rusiya Dövlət Dumasının sədri deyib ki, bu, “son dərəcə kobud şəkildə verilmiş anti-Rusiya bəyanatıdır”.

Mixail Saakaşvili dəfələrlə Vladimir Putin haqqında ən sərt ifadələr işlədib. Hətta onu “ağlını itirmiş kral” da adlandırıb. Putini Hitlerlə müqayisə etmək də sabiq prezidentin xoşuna gəlir.

Sergey Narışkin Litva prezidentin sərt tənqid etsə də Litva xalqını tərifləməyi lazım bilib: “Litva balaca və gözəl ölkədir. Litvalılar da əməksevər xalqdır. Ancaq bəzən xalqlar da siyasi lider seçimində səhvə yol verirlər”.

Rusiya Dövlət Dumasının sədri bir qədər də uzağa gedərək, avropalılara təklif edib ki, onlar ABŞ-ı NATO-dan qovsunlar: “Əgər belə olarsa, Avropada təhlükəsizlik tezliklə bərpa oluna bilər”. /musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar